Ronaldinyonun oğlu "Barselona"da məşqə başlayıb
23.03.2024 - 15:55
Braziliyanın və "Barselona"nın keçmiş yarımmüdafiəçisi Ronaldinyonun oğlu Joao Mendes Kataloniya klubunun əsas komandasında məşq edib.
Apasport.az xəbər verir ki, gənc futbolçunu məşqə klubun çalışdırıcısı - Xavi Hernandez cəlb edib.
Daha əvvəl Mendesin Kataloniya nəhəngi ilə müqavilə imzaladığı bildirilirdi.
Qeyd edək ki, İspaniya çempionatının 29 turundan sonra "Barselona" 64 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Hernandezin komandası lider "Real Madrid"dən 8 xal geri qalır.
- İspaniya finalda Portuqaliyanın rəqibi oldu - YENİLƏNİB
- “Qarabağ” gerilədi, “Neftçi” mövqeyini qorudu
- Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb
- Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub
- Federasiya rəhbərliyi mundial öncəsi Azərbaycan millisi ilə görüşdü
0
0