Ronaldo 2 oyunluq diskvalifikasiya ediləcək
16.04.2024 - 10:29
![Ronaldo 2 oyunluq diskvalifikasiya ediləcək](https://ww3.apasport.az/storage/news/2024/april/16/big/661e18b53efd9661e18b53efda1713248437661e18b53efd7661e18b53efd8.jpg)
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun forvardı Kriştiano Ronaldo 2 oyunluq diskvalifikasiya ilə üz-üzədir.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, buna portuqaliyalı ulduz futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibini dirsəklə vurması səbəb olub.
Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0