Ronaldo “Əl-Nəsr”in baş məşqçisini göndərir - SƏBƏB
12.04.2023 - 12:33
“Əl-Nəsr” baş məşqçisi Rudi Qarsiya ilə vidalaşmağa hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, buna komandanın kapitanı Kriştiano Ronaldonun fransalı mütəxəssisi bəyənməməsi səbəb olub.
59 yaşlı məşqçinin işi onu qane etmir. Portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı klubunun daha yüksək səviyyədə çıxış etmək gücündə olduğuna inanır.
Artıq komanda rəhbərliyinin Qarsiyanın müqaviləsinə xitam verildiyi, lakin rəsmi açıqlanmadığı da bildirilir.
Qeyd edək ki, “Əl-Nəsr” çempionatda keçirdiyi 23 matçda 53 xal toplayıb. Komanda lider “Əl İttihad”dan 3 xal geri qalır.
- Boks federasiyası əcnəbi hakimlərə sertifikat təqdim edib - foto
- PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
- Filippin hökuməti Olimpiya çempionunu maraqlı mükafatlarla təltif edəcək
- Krakov-2023: Əzizova 1/8, Qafarov 1/4 finalda uduzdu - YENİLƏNİB
- Krakovda ilk medalımızı təmin edən karateçi: “Bu, hələ son deyil”
0
0