Ronaldo karyerasının 750-ci qolunu vurdu
12.03.2024 - 09:59
![Ronaldo karyerasının 750-ci qolunu vurdu](https://ww3.apasport.az/storage/news/2024/march/12/big/65eff07de30c865eff07de30c9171022348565eff07de30c665eff07de30c7.jpg)
Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo klub karyerasında 750-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçu yubiley qoluna Asiya Çempionlar Liqasının 1/4 final mərhələsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisi “Əl-Əyn”lə görüşdə imza atıb.
Beləliklə, 39 yaşlı dünya ulduzu cari mövsüm “Əl-Nəsr”in heyətində 35-ci qolunu vurub. Ronaldo Portuqaliya millisi də daxil olmaqla, peşəkar karyerasında ümumilikdə 878 qolun müəllifi olub.
0
0