Ronaldo yeni klub alır
17.05.2025 - 17:45
Ronaldo yeni klub alır

Portuqaliya millisinin və "Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo yeni klub almağa hazrlaşır.

Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

40 yaşlı hücumçu İspaniya Sequndasında mübarizə aparan “Almeriya”nın ortaq sahibi olacaq.

Futbolçu "SMC Group"un səhmlərini almaq və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilməyə yaxındır.

Qeyd olunur ki, Ronaldo Səudiyyə Ərəbistanının "SMC Group" investisiya şirkətinin rəhbəri Mohamed Əl-Xereiji ilə yaxşı münasibətdədir.

Əlavə edək ki, "Almeriya" hazırda 39 turdan sonra 62 xalla 2-ci divizionun turnir cədvəlində 6-cıdır.