Ronaldodan 243 dəqiqəlik həsrət
27.07.2023 - 17:31
Kriştiano Ronaldo “Əl-Nəsr”in Avropa klubları ilə yoxlama oyunlarında qol həsrəti yaşayır.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz “İnter”lə bugünkü matçda da fərqlənə bilməyib.
38 yaşlı forvard bu qarşılaşmaya qədər PSJ (0:0), “Benfika” (1:4) və “Selta” ilə görüşlərdə də meydanı qolsuz tərk edib. Ronaldo bu oyunlarda ümumilikdə 243 dəqiqə şans qazanıb.
Qeyd edək ki, “Əl-Nəsr” “İnter”lə qarşılaşmada heç-heçəyə nail olub – 1:1.
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
- Zamiq Əliyev Albaniya Superkubokunun qalibi oldu
- “Araz-Naxçıvan” mövsümün son oyunlarını bu stadionda keçirəcək
- "Çelsi" 27 milyon avroya futbolçu alacaq
- Emin Hüseynov: “Qarabağ”ın stadionu cıdır meydançası kimi bərpa olunacaq”
0
0