Ronaldodan 50-ci qol
12.12.2023 - 09:07
Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz “Əl-Nəsr”in “Əl-Şəbəb”lə matçında fərqlənib.
38 yaşlı hücumçu Səudiyyə Ərəbistanı Kral kubokunun 1/4 final matçında qol sevinci yaşayıb. 50-ci qolu vuran Ronaldo hərəyə 49 dəfə fərqlənən Harri Keyn və Kilian Mbappeni arxada qoyub. Portuqaliyalı forvard klub və yığmadakı qol sayında Erlinq Halanda çatıb.
Qeyd edək ki, “Əl-Nəsr” 5:2 hesablı qələbə ilə yarımfinala yüksəlib.
- “Qalatasaray” - “Trabzonspor” matçı bu kanalda - TV AFİŞA
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Ronaldonun komandasına transfer qadağası
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirdi
0
0