![Ronaldonun komandasından Zidana təklif – 50 milyon](https://ww3.apasport.az/storage/news/2023/june/07/big/648051e91ec95648051e91ec961686131177648051e91ec93648051e91ec94.png)
Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanında işləyə bilər.
Apasport.az saytı xəbər verir ki, “Əl-Nəsr” Madrid “Real”ının keçmiş baş məşqçisinə komandanın “sükanı arxası”na keçməyi təklif edib.
Ərəblər 50 yaşlı məşqçiyə illik 50 milyon avro maaş təklif ediblər. Portuqaliyalı superulduz Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubunun nümayəndələri artıq Zidanla danışıqlara başlayıblar. Onlar fransalı məşqçini razı salacaqlarına inanırlar.
Qeyd edək ki, son mövsümü 67 xalla turnir cədvəlinin ikinci pilləsində başa vuran “Əl-Nəsr” mövsümün sonuna yaxın baş məşqçisi Rudi Qarsiya ilə yollarını ayırıb.