Sabiq “Beşiktaş”lı Super Liqaya qayıda bilər
03.04.2025 - 22:26

Kanada millisi və "Beşiktaş"ın sabiq hücumçusu Kayl Larin karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda İspaniyanın "Malyorka" klubunda çıxış edən 29 yaşlı forvardı “Başakşəhər” yayda heyətinə qatmaq istəyir.
Mənbənin məlumatına görə, tərəflər arasında artıq danışıqlara start verilib.
Xatırladaq ki, Larin 2018-22-ci illərdə "Beşiktaş"ın şərəfini qorumuşdu.
Qeyd edək ki, Kanada millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində çıxış etdiyi 25 rəsmi matçda 5 qol, 2 assistlə yadda qalıb.
- Lopeteqi Afrikada işləyə bilər
- Almaniya millisinin yeni formasında 44 nömrə qadağan edilib
- Konfrans Liqası I təsnifat mərhələsinə yekun vuruldu
- Vüsal İsgəndərli 3 klubla "Qarabağ"a qol vurmasından danışdı - MÜSAHİBƏ
- Abdullah Avcı Kimdir? Azərbaycan Millisinin Baş Məşqçisi Postuna Namizədin Həyat Yolu
0
0