Sabiq “Beşiktaş”lı yenidən Super Liqada
20.08.2025 - 21:44
"Konyaspor" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Əl-Xolud"dan Cekson Mulekanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Konyaspor" konqolu forvardla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Əl-Xolud" Cekson Mulekanı ötən ilin yayında "Beşiktaş"dan transfer etmişdi. 25 yaşlı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Gəncədə III MDB Oyunlarına test xarakteri daşıyan güllə atıcılığı üzrə çempionat keçirilir
- Azər Bağırov sabiq futbolçusunu komandasında görmək istəyir
- Osimhenin qorxulu röyası: köhnə “düşmənlər” yenidən üz-üzə
- APA TV-nin 9 yaşı tamam olur
- Türkiyə Kubokunda komanda meydandan çəkildi, matç dayandırıldı - VİDEO
0
0