Sabiq “Fənər”li Belçika klubunda
16.01.2025 - 18:56
Almaniya Bundesliqası təmsilçilərindən “Hoffenhaym”ın şərəfini qoruyan Attila Salainin yeni adresi bəlli olub.
Apasport.az xəbər verir ki, Macarıstan millisinin üzvünü Belçika çempionatı komandalarından “Standart Liej” icarəyə götürüb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, müdafiəçi mövsümün sonuna kimi “Standart Liej”də çıxış edəcək.
Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ildə “Fənərbaxça”dan “Hoffenhaym”a 12 milyon avro qarşılığında transfer edilmişdi.
- İsveç millisi Azərbaycanla oyun üçün heyətində dəyişiklik edib
- Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - KLUBLARIN ADLARI BƏLLİDİR
- Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
- "Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim" - Juninyo
- UEFA-dan "Fənərbaxça"ya fransız, "Beşiktaş"a ingilis hakim
0
0