Sabiq "Qalatasaray"lı klubsuz qalıb
03.07.2025 - 21:56

Tanınmış futbolçu Radamel Falkao “Millonarios”dan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçu ilə başa çatan müqavilənin yenilənmədiyi bildirilib. Falkao 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi. O, “Millonarios”un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.
Daha çox “Porto”, “Atletiko” və “Monako”dakı çıxışı ilə tanınan Kolumbiya millisinin sabiq üzvü 2019-2021-ci illərdə “Qalatasaray”da da forma geyinib.
0
0