Sabiq “Qalatasaray”lı Super Liqa klubunda - RƏSMİ
06.01.2026 - 00:17
“Qalatasaray”dan ayrılan Berkan Kutlunun yeni ünvanı bəlli olub.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Konyaspor”la anlaşma əldə edib.
Klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Razılaşmaya əsasən, türkiyəli yarımmüdafiəçi mövsümün sonuna qədər Konya təmsilçisinin şərəfini qoruyacaq. Həmçinin müqavilədə 1 illik uzatma bəndi də yer alıb.
Qeyd edək ki, Berkan Kutlu karyerası ərzində “Sion”, “Alanyaspor” və “Bolonya” kimi komandaların da şərəfini qoruyub.
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- “Qarabağ” - “Ayntraxt” oyunu ilə əlaqədar metronun iş saatı uzadılacaq
- Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb
- “Parma” baş məşqçisi ilə vidalaşdı
- Krunoslav Renduliç: "Bu matç bizim üçün yaxşı dərs oldu"
0
0