Şahruddin "Beşiktaş"a qarşı matçın oyunçusu seçildi
24.01.2024 - 02:47
![Şahruddin "Beşiktaş"a qarşı matçın oyunçusu seçildi](https://ww3.apasport.az/storage/news/2024/january/24/big/65b01d8ae0c5f65b01d8ae0c60170604071465b01d8ae0c5d65b01d8ae0c5e.jpg)
Türkiyə Superliqasında XXII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Beşiktaş"ın qonağı olub.
Matç elə başladığı kimi başa çatıb: 0:0.
Hikmet Karamanın yetirmələri 2-ci hissənin əvvəlində meydanda 10 nəfərlə qalsa da, Şahruddinin 6 seyvi Adana təmsilçisinə 1 xal qazandırıb.
Fernando Santuşun komandası isə ardıcıl 2-ci oyunda da xal itirərək zirvə yarışından xeyli uzaqlaşıb.
Qeyd edək ki, Şahruddin 8.1 xalla matçın ən yaxşısı seçilib.
0
0