Şahruddinin komandası 2-ci liqa klubuna məğlub oldu
17.01.2024 - 23:19
Türkiyə Kubokunda 1/16 final mərhələsinin görüşləri davam edir.
Apasport.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "24 Erzurumspor"u qəbul edib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Penaltilər seriyasında daha dəqiq olan (7:6) II Liqa təmsilçisi növbəti raunda yüksəlib. "Adana Demirspor" isə kubokda mübarizəni dayandırıb.
Şahruddin Məhəmmədəliyev bu oyunda iştirak etməyib. 29 yaşlı qapıçının adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
- “Bakı”nın oyunlarının vaxtı dəqiqləşdi - avrokubokda
- "Beşiktaş" Avropayla vidalaşdı, "Fənər" və "Qalatasaray" pley-offda - YENİLƏNİB
- Jurnalistlərin Belarus – Azərbaycan oyununa PROQNOZU
- Gimnastlarımız beynəlxalq turnirdə mübarizə aparacaqlar
- “Qarabağ” - “Dinamo” oyununun biletləri sabah satışa çıxarılacaq
0
0