Salah Anrinin rekordunu qırdı
23.12.2024 - 10:56
![Salah Anrinin rekordunu qırdı](https://ww3.apasport.az/storage/news/2024/december/23/big/676907d6de452676907d6de4531734936534676907d6de450676907d6de451.jpg)
Premyer Liqanın 17-ci həftəsində "Tottenhem" evdə "Liverpul"u qəbul edib.
Apasport.az xəbər verir ki, məhsuldar keçən görüşdə qonaqlar 3 xala seviniblər - 3:6.
Məhəmməd Salah qarşılaşmada 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Beləliklə, Salah İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran əcnəbi futbolçu olub.
Misirli futbolçu 252 qolla Tyerri Anrinin rekordunu qırıb.
0
0