Salah dünyanın ən yaxşı cinah oyunçusu seçildi
06.02.2024 - 14:06
![Salah dünyanın ən yaxşı cinah oyunçusu seçildi](https://ww3.apasport.az/storage/news/2024/february/06/big/65c1fce15c7ea65c1fce15c7eb170721200165c1fce15c7e865c1fce15c7e9.png)
"FourFourTwo" portalı dünya futbolunun ən yaxşı cinah oyunçularının siyahısını təqdim edib.
Apasport.az xəbər verir ki, siyahıya “Liverpul” və Misir millisinin futbolçusu Məhəmməd Salah liderlik edir.
2-ci sırada London “Arsenal”ının oyunçusu Bukayo Saka, 3-cü sırada isə “Mançester Siti”nin hücumsu Fil Foden yer alıb.
Digər futbolçuların siyahısı: Takefusa Kubo ("Real Sosyedad"), Rodriqo Qoes ("Real"), Xavi Simons ("Leypsiq"), Leroy Sane ("Bayern"), Cerod Boven ("Vest Hem"), Deyan Kulusevski ("Tottenham") və Lamin Yamal ("Barselona").
0
0