Salah Premyer Liqa tarixinə düşdü
24.12.2023 - 13:14
![Salah Premyer Liqa tarixinə düşdü](https://ww3.apasport.az/storage/news/2023/december/24/big/6587f652c1f796587f652c1f7a17034092346587f652c1f776587f652c1f78.jpeg)
Məhəmməd Salah daha bir uğurlu statistikaya imza atıb.
Apasport.az xəbər verir ki, "Liverpul"un hücumçusu
İngiltərə Premyer Liqası tarixinin ən yaxşı 10 bombardiri sırasına daxil olub.
31 yaşlı forvard çempionatın 18-ci turunda "Arsenal"la oyunda (1:1) komandasının bərabərlik qolunu vurub.
Misirli oyunçu bununla da İngiltərə çempionatında 151-ci qolunu vuraraq, Premyer Liqanın ən sərrast hücumçuları sırasında 10-cu pilləyə yüksəlib. Bu göstəriciyə görə o, Maykl Oueni ötüb.
Qeyd edək ki, siyahıya 260 qolla əfsanəvi Alan Şirer başçılıq edir.
0
0