Salah Premyer Liqada ayın ən yaxşısı seçilib
10.12.2024 - 16:55
İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.
O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.
Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- Ozan yoxdursa, qələbə də yoxdur - “Hoffenhaym” Türkiyəyə ilişdi
- Kirill Dudnik: “Azərbaycanın oyununda qol sayına mərc etmək olar”
- Rauf Əliyev: “Çətin də olsa, Avstriya və İsveçdən xal almaq mümkündür”
- Beynəlxalq İdman Jurnalistləri Günüdür - 2 İYUL
0
0