Sançes “İnter” arzusunda
21.08.2023 - 16:50
Aleksis Sançesin gələcək karyerası ilə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, çilili hücumçu “İnter”ə qayıtmağa qərar verib.
35 yaşlı futbolçu istəyini İtaliya klubunun rəhbərliyinə də çatdırıb. Azad agent statusuna malik cənubi amerikalı Milan təmsilçisinə pulsuz başa gələ bilər.
Aleksis 2019-22-ci illərdə “İnter”də forma geyinib. O, çempionluq, kubok və Superkubok qazanıb.
Qeyd edək ki, Aleksis ötən mövsüm “Marsel”də keçirdiyi 44 oyunda 18 qol vurub.
- Azərbaycan güləşinin tanınmış simaları Füzulidə gənc idmançılarla görüşüblər
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub - FOTO
- Azərbaycan çempionatının başlama tarixi bəlli olub
- Basketbolçularımız Avropa çempionatında mübarizəyə başlayır
- Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
0
0