"Mançester Yunayted"in yarımmüdafiəçisi Ceydon Sanço uzun fasilədən sonra əsas komanda ilə məşqlərə qayıdıb.
Apasport.az saytı xəbər verir ki, baş məşqçisi Erik ten Haaqın düşərgədən kənarlaşdırdığı 23 yaşlı futbolçuya artıq fiziki cəhətdən gücləndiyi üçün bu icazə verilib.
Niderlandda fərdi hazırlıq keçən Sanço çalışdırıcının ümidini doğrultacağına inanır.
Qeyd edək ki, 2021-ci ilin yayında 85 milyon avroya Almaniyanın "Borussiya" (Dortmund) klubundan "qırmızı şeytanlar"a keçən futbolçunu Haaq fiziki cəhətdən zəif olduğunu düşündüyü üçün komandadan kənarlaşdırmışdı. O, sonuncu dəfə oktyabrın 22-də “Çelsi” ilə oyunda meydana çıxıb.
- Atıcımız Avropa çempionatında gümüş medal qazanıb
- Millimizin üzvü komandasını kubokdan etdi - Ozan Can Kökçü...
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- UEFA Superkuboku uğrunda oyunu idarə edəcək hakimin adı bilindi
- “Simurq”un rekordu təkrarlanıb