“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçu "Yuventus"un maraq dairəsindədir.
Turin klubu futbolçunu yanvarda icarəyə götürmək, yayda isə tam müqavilə imzalayaraq almağı planlaşdırır. Danışıqları davam etdirən italyanlar bu keçiddən müsbət nəticə alacaqlarına inanırlar.
Qeyd edək ki, Mançester təmsilçisinin baş məşqçisi Erik Ten Haqla yola getməyən vinger əsas komanda ilə məşqlərdə iştirak etmir. Niderlandlı məşqçi futbolçunun ondan və komandadan üzr istəməsini istəsə də, Sanço bu xahişi yerinə yetirməyəcəyini deyib.
- Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək
- İspaniyalı qolkiper “Arsenal” yolunda
- Zaur Axundov istefa verdi, legioner limiti və əvəzetmə sayı dəyişdi
- Azərbaycanda 2 futbolçuya danışılmış oyunlara görə ömürlük diskvalifikasiya
- İdmançılarımız Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıblar