Sane "Bavariya"da qalmaq istəyir
15.04.2024 - 11:56
"Bavariya"nın hücumçusu Leroy Sane cari mövsümün sonunda klubu tərk etməyəcək.
Apasport.az Almaniyanın “Kicker” nəşrinə istinadən xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqlar aparılacaq.
Mənbənin məlumatına görə, alman futbolçunun özü də başqa kluba getmək istəmir. Lakin hələ də komandasında onunla bağlı konkret qərar verilməyib.
“Transfermarkt” portalı 28 yaşlı forvadın dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Bundesliqanın cari mövsümündə Sane “Bavariya”nın heyətində 38 oyun keçirib. O, 9 qol vurub, 13 məhsuldar ötürmə edib.
- “Qarabağ” və “Kopenagen” klublarının rəhbərləri arasında görüş keçirilib
- Azərbaycan yığması C səbətində - Millətlər Liqasında
- Mbappe milliyə qayıtdı
- MOK rəhbərliyi İSSA-nın XIV Baş Assambleyasında iştirak edir
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
0
0