Sara İngiltərəyə qayıda bilər
02.04.2026 - 13:15
Sara İngiltərəyə qayıda bilər

“Qalatasaray”ın futbolçusu Qabriel Sara yenidən İngiltərədə çıxış edə bilər.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə “Tottenhem” yaxından maraqlanır.

Bu barədə “CaughtOffside” portalı məlumat yayıb.

Mənbənin iddiasına görə, artıq hər iki komanda arasında ilkin danışıqlar baş tutub. Saranın özü də bu keçidə müsbət yanaşır.

Həmçinin, xəbərdə İstanbul təmsilçisinin 26 yaşlı oyunçu üçün 45 milyon avro tələb etdiyi qeyd olunub.

Qeyd edək ki, “Qalatasaray” Braziliya millisinin üzvünü 2024-cü ildə “Norviç”dən 18 milyon avroya transfer edib.