"Selta Viqo" Benitezlə yollarını ayırdı
12.03.2024 - 17:31
!["Selta Viqo" Benitezlə yollarını ayırdı](https://ww3.apasport.az/storage/news/2024/march/12/big/65f0591515dd065f0591515dd1171025026165f0591515dce65f0591515dcf.jpg)
İspaniya çempionatında baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, "Selta Viqo"nun çalışdırıcısı Rafael Benitezin müqaviləsinə xitam verilib.
La Liqa təmsilçisinin son dönəmlərdəki uğursuz matçları, xüsusən də, "Real Madrid"ə (4:0) məğlub olması klub rəhbərliyini alternativsiz qoyub.
Qeyd edək ki, Benitez 1 iyul 2023-cü ildən "Selta Viqo" klubunu çalışdırır.
0
0