Serbiya millisinin üzvü “Bavariya” yolunda
30.09.2025 - 09:54
"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Bavariya" serbiyalı forvardı transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bundesliqa təmsilçisi Vlahoviçi Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi düşünür.
"Bavariya" yayda 25 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, “Yuventus” Serbiya millisinin üzvünü 2022-ci ildə “Fiorentina”dan heyətinə qatıb.
- Mehmet Ak: "Türkiyə və Azərbaycan futbol federasiyaları daha geniş işbirliyi etməlidir" - Müsahibə
- III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - FOTO
- Roman Qriqorçuk: "Nəticədən narazı qaldım"
- Mixal Bilek: “Qarabağ" daha güclü rəqibdir”
- Millimizin Belarus yığması ilə keçirəcəyi oyunların yeri açıqlanıb
0
0