Şerki “Lion”u tərk edir
18.05.2025 - 13:52

“Olmpik Lion”da ayrılıq baş verəcək.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçisi Rayan Şerki komandanı tərk edəcək.
Bu barədə futbolçu özü açıqlama verib. O, söyləyib ki, ötən matç komandada sonuncu olub:
“Olimpik”ə verdiyim faydaya görə fəxr edirəm. Gələcəkdə hansı klubda çıxış edəcəyimi bilmirəm. “Anje” klubuna qarşı oynadığım matç sonuncu idi”.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi “Olimpik”in yetirməsidir və 2019-cu ildən əsas komandanın şərəfini qoruyur.
0
0