Serxio Ramosun gələcəyi bəlli oldu
10.03.2024 - 10:17
![Serxio Ramosun gələcəyi bəlli oldu](https://ww3.apasport.az/storage/news/2024/march/09/big/65ec40c08d6b365ec40c08d6b4170998188865ec40c08d6b165ec40c08d6b2.jpg)
37 yaşlı ispan müdafiəçi Serxio Ramos gələn mövsüm də "Sevilya"da qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, Əndəlus klubunun rəhbərliyi futbolçu ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Xatırladaq ki, Ramos ötən ilin payızında 1 illik müqavilə imzalayaraq "Sevilya"ya qayıdıb. İspaniya çempionatının bu mövsümündə Serxio 17 oyun keçirib. Müdafiəçi bu oyunlarda 2 qol vurub.
0
0