Şeşko karyerasını Premyer Liqada davam etdirə bilər
17.10.2024 - 13:18

"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Arsenal" sloveniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi gələn ilin yayında 21 yaşlı forvardı transfer etmək üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu ötən ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zaur Əzizov: "Emin qalmaq istəyir, Regekampfın gedişi müzakirə mövzusu deyil"
- Viktor Lindelöf: “Bu dəfə də qələbə qazanmaq istəyirik”
- “Mançester Yunayted”in gözü “Benfika”da
- Şəhriyar Əliyev: "Neftçi" ilə oyun ağır olacaq" - Müsahibə
- Milyonçu olan proqnozsevər: “Mərakeşin bir futbolçusunun da adını bilmirəm”
0
0