Şesni "Barselona" ilə müqaviləsini uzadıb
08.07.2025 - 01:23

Polşalı qapıçı Voyçex Şesni "Barselona" ilə müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə “mavi qranatlar”ın mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər hesablanıb.
Xatırladaq ki, Şesni ötən ilin oktyabrında “Barselona”nın heyətinə qoşulub. O, ciddi zədə alan Mark-Andre ter Ştegeni əvəzləmək üçün karyerasını bərpa edib.
0
0