Səudiyyə Ərəbistanı DÇ-2034-ə vahid namizəddir
31.10.2023 - 21:43
![Səudiyyə Ərəbistanı DÇ-2034-ə vahid namizəddir](https://ww3.apasport.az/storage/news/2023/october/31/big/65413c626af7465413c626af75169877411465413c626af7265413c626af73.jpg)
2034-cü ildə keçiriləcək dünya çempionatına bir namizəd var.
Apasport.az saytı xəbər verir ki, bu barədə FİFA-dan açıqlama verilib.
Səudiyyə Ərəbistanı mundialı təşkil etməyə yeganə namizəddir. Az əvvəl Avstraliyanın da DÇ-na ev sahibliyi etmək arzusunda olduğu söylənilsə də, yekun qərar verilməyib. Təşkilatçı ölkənin adına 2024-cü ilin sonunda aydınlıq gələcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanl mundiala ev sahibliyi edəcək üçüncü Asiya ölkəsi ola bilər. Bunadək Koreya Respublikası və Yaponiya DÇ-2002-ni təşkil edib.
0
0