“Sevilya” sabiq baş məşqçisini qaytarır
06.10.2022 - 13:58
![“Sevilya” sabiq baş məşqçisini qaytarır](https://ww3.apasport.az/storage/news/2022/october/06/big/633e9c01ca3a6633e9c01ca3a71665047553633e9c01ca3a4633e9c01ca3a5.jpg)
“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Xorxe Sampaoli təyin olunacaq.
Son iş yeri “Marsel” olan mütəxəssisin təyinatı yaxın müddətdə rəsmiləşəcək. Argentinalı çalışdırıcı ilə 2 mövsümlük müqavilə imzalanacaq.
Sampaoli 2016-17-ci illərdə də “Sevilya”ya rəhbərlik edib. O, “Marsel”dən bu yay ayrılıb.
Qeyd edək ki, “Sevilya” Çempionlar Liqasında Dortmund “Borussiya”sına uduzduqdan sonra Xulen Lopeteqini istefaya göndərib.
0
0