“Sevilya”da ayrılıq
23.03.2026 - 10:56
"Sevilya"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, klub baş məşqçi Matias Almeydanı istefaya göndərməyi planlaşdırır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Əndəlüs təmsilçisi M.Almeyda ilə yolları ayıracaq.
Almeyda 2025-ci ilin yayından bəri "Sevilya"ya rəhbərlik edir.
Komanda onun rəhbərliyi altında 32 oyun keçirib, 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 dəfə məğlub olub.
0
0