Simone İnzaqidən unikal nailiyyət
21.02.2024 - 10:59
![Simone İnzaqidən unikal nailiyyət](https://ww3.apasport.az/storage/news/2024/february/21/big/65d598e20ce7365d598e20ce74170849712265d598e20ce7165d598e20ce72.jpg)
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda turnirin ötənilki finalçısı "İnter" "Atletiko Madrid"i məğlub edib.
Apasport.az xəbər verir ki, klubun iştirak etdiyi bütün turnirləri nəzərə alsaq, bu, “İnter”in ardıcıl 9-cu qələbəsi olub.
Komanda sonuncu dəfə ötən il dekabrın 29-da “Cenoa” ilə heç-heçə oynayaraq qələbə qazana bilməyib. Bu, hazırkı baş məşqçi Simone İnzaqinin rəhbərliyi altında klubun rekordudur - daha öncə İnzaqinin rəhbərliyi altında heç vaxt "İnter" bu qədər uzun qələbə seriyasına malik olmayıb.
0
0