“Siti” Braziliya millisinin üzvünü istəyir - 80 milyon avronu gözdən çıxarıb
11.04.2025 - 21:57
İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda "Barselona" forması geyinən Rafinya ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, "şəhərlilər" oyunçu üçün 80 milyon avronu gözdən çıxarıb.
Xatırladaq ki, kataloniyalılar 28 yaşlı vingeri 2022-ci ildə "Lids Yunayted"dən 58 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Barsa"nın heyətində meydana çıxdığı 45 rəsmi matçda 28 qol, 22 assistlə yadda qalıb.
- Türkiyədəki təlim-məşq toplanışına yekun vurulub
- La Liqa klubu 32 yaşlı forvardı heyətinə qatıb
- Elxan Abdullayev: "Bu oyunlar göstərdi ki, bizdə potensial var"
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Mahir Məmmədov: “Rəcəbovun az oynamağının obyektiv səbəblərini açıqlamaq istəməzdim” - MÜSAHİBƏ
0
0