"Siti" Rodriyə əvəzləyici tapıb
08.01.2025 - 10:37
“Mançester Siti” “Yuventus”un yarımmüdafiəçisi Nikolo Rovelle ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “II Messaggero” nəşri məlumat yayıb. “Şəhərlilər” 23 yaşlı dayaq yarımmüdafiəçisini Rodriyə əvəzləyici kimi görür.
Rovelle icarə əsasında “Latsio”da çıxış edir. “Mançester Siti” onun üçün 40 milyon avro təklif etməyə razıdır.
Rovelle bu mövsüm “Latsio”da 23 oyunda meydana çıxıb. Onun icarə sözləşməsi 2025-ci ilin yayına kimidir.
- Ozan Canın asisti komandasını məğlubiyyətdən xilas etdi
- "Zirə" Kiyev “Dinamo”sunun hücumçusunu transfer etdi
- Meza Kolli: “Əminəm ki, Mutu "Neftçi"ni yüksəklərə qaldıracaq” - MÜSAHİBƏ
- “Qalatasaray” və “Beşiktaş”ın sabiq prezidentləri Burak Elmas və Fikrət Orman saxlanılıb
- "Qalatasaray"dan zirvə yolunda kritik xal itkisi - VİDEO
0
0