“Siti”də ciddi itki
13.02.2025 - 22:48
İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas müdafiəçilərindən Manuel Akanji sıradan çıxıb.
İsveçrəli futbolçu Çempionlar Liqası pley-off mərhələsinin "Real"la matçında (2:3) zədələnib.
29 yaşlı mərkəz müdafiəçisinin zəsəsinin ciddi olduğu bildirilir.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyə bilər.
Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 assistlə yadda qalıb.
- Dünya Çempionatı Tarixində Unudulmaz Anlar və Qollar
- Azərbaycan Prezidenti: Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq
- ÇL: "Fənərbaxça"nın potensial rəqibi müəyyənləşdi
- Azərbaycan Kuboku: "Neftçi" ÇEMPİON!
- "Çelsi"nin növbəti mövsüm üçün səfər forması - FOTO
0
0