"Siti"dən 34 yaşlı qapıçı transferi
12.08.2026 - 14:56
Argentina millisinin qapıçısı Xeronimo Rulli karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 34 yaşlı qolkiper “Marsel”dən “Mançester Siti”yə keçib.
İngiltərə klubu onunla 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 3,5 milyon avro ödəyib.
Qeyd edək ki, Rulli daha əvvəl də “Mançester Siti”nin futbolçusu olub. Argentinalı qapıçı 2016-17-ci illərdə İngiltərə klubuna məxsus olsa da, əsas komandada meydana çıxmayıb.
- De Bruynedən Premyer Liqada 100-cü qol ötürməsi
- Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Sinqapurda görüşlər keçirib
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- ABŞ-li oyunçu bölgə klubunda
- Tovuzda işıq dirəyi aşdı, oyun yarımçıq qaldı
0
0