Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Bernardo Silva karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Yuventus" portuqaliyalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi yayda azag agent statusunda olacaq Silva üçün artıq ilk həmləsini edib. "Ağ-qaralar" 31 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb. Tərəflər arasında futbolçunun maaşı ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Bernardo Silva bu mövsüm "Mançester Siti"nin heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Peres "Mançester Yunayted"li ilə maraqlanır
- "Yuventus" 3 xalı 4 qolla qazandı
- Qara Qarayevdən De Byaziyə cavab: Peşəkar məşqçiyə yaraşmayan...
- Real Madrid əfsanəsi ilə davam edir – Avroliqada tarixi rekorda imza atacaq
- "Kayrat"ın baş məşqçisi: "Qarabağ" "Benfika" ilə oyunda hər şeyin mümkün olduğunu sübut etdi"