Şmeyxel Şotlandiya klubu ilə müqaviləsini uzadıb
22.01.2025 - 22:23
![Şmeyxel Şotlandiya klubu ilə müqaviləsini uzadıb](https://ww3.apasport.az/storage/news/2025/january/22/big/679137f260f5d679137f260f5e1737570290679137f260f5b679137f260f5c.jpeg)
“Seltik” futbolçusu Kasper Şmeyxel ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.
Qlazqo təmsilçisi 38 yaşlı qolkiperin müqaviləsini 2026-cı ilin yayına kimi artırıb.
Qeyd edək ki, Şmeyxel bu mövsüm "Seltik"in heyətində 38 oyunda meydana çıxıb.
0
0