“Yuventus” hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Turin klubu “Atletiko”nun hücumçusu Aleksander Sörlotun transferi üçün danışıqlara başlayıb.
Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. Bildirilir ki, “Yuventus” norveçli forvardı heyətinə qatmaq üçün mümkün şərtləri öyrənir.
Turin təmsilçisi yeni mövsüm öncəsi hücum xəttində rəqabəti artırmağı planlaşdırır. Sörlot da klubun transfer siyahısında əsas namizədlərdən biri hesab olunur.
Qeyd edək ki, Aleksander Sörlot 2025/2026 mövsümündə “Atletiko”nun heyətində 34 matçda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Araz-Naxçıvan" klubunun akademiyasında inkişaf perspektivləri müzakirə edilib
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- “Beşiktaş” “Çelsi”nin futbolçusunu istəyir
- Krakov-2023: Taekvondoçularımızdan 2 medal - FOTOLENT - YENİLƏNİB
- Halandın “Mançester Siti”də uzun müddət qalmaya bilər - SƏBƏB