Sörlotun maaş tələbi - "Fənərbaxça" transferdən çəkilir
21.06.2026 - 00:16
Sörlotun maaş tələbi - "Fənərbaxça" transferdən çəkilir

Norveçli hücumçu Aleksandr Sörlotun "Fənərbaxça"ya mümkün keçidi maliyyə şərtlərinə görə" dalana dirənib.

İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, "Atletiko Madrid" futbolçunun transferi üçün 40 milyon avro tələb edir.

Mənbənin xəbərinə görə, "Yuventus"la illik 4 milyon avro maaş qarşılığında razılığa gələn Aleksandr Sörlot "Fənərbaxça"dan vergilər xaric 15 milyon avro əməkhaqqı istəyib.

Klub prezidenti Aziz Yıldırım bu məbləğin ödənilməsini məqsədəuyğun hesab etmir. Bu səbəbdən transferin baş tutması hazırda real görünmür.

Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm "Atletiko Madrid"in heyətində bütün turnirlərdə 67 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə verib.

Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.