Super Liqa təmsilçilərindən “Beşiktaş”ın baş məşqçisi Ole-Qunnar Sulşer yeni uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, "qara-qartallar"ın çalışdırıcısı kimi Türkiyədəki derbi oyunlarınının (“Qalatasaray”, “Fənərbaxça” və “Trabzonspor”a qarşı) hamısında qalib gələn ilk mütəxəssis olub.
Son olaraq "Fənərbaxça" ilə görüşdə 1:0 hesabı ilə qalib gələn "Beşiktaş" bu mövsüm "Trabzonspor" və "Qalatasaray"ı 2:1 hesabı ilə üstələyib.
Həmçinin, "Beşiktaş" 20 ildən sonra ilk dəfə "Fənərbaxça"nı ardıcıl iki dəfə məğlub edib. Komanda mövsümün əvvəlində də əzəli rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.
- “Qarabağ”a qol vuran futbolçu: “Bəxtimizdən oyunu çevirdik” - MÜSAHİBƏ
- “Neftçi”nin “Aris”lə oyununu yayımlayacaq telekanal dəqiqləşdi
- Rövnəq Abdullayev: "Fatihəsini verməkdənsə, De Byaziyə uğurlar arzulayaq"
- Ülkər Kərimova: “Komandamız bunu bacara biləcək gücdədir”
- İdmançımız 3-cü dəfə DÇ-nin finalını vəsiqə qazanıb