"Sumqayıt"ın sabiq baş məşqçisi komandasından ayrılıb
18.11.2024 - 16:38
"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Rusiyanın "Sokol" klubundan ayrılıb.
Apasport.az xəbər verir ki, Saratov təmsilçisin Müşahidə Şurası belaruslu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı çalışdırıcı ötən ilin dekabr ayında "Sokol"un baş məşqçisi təyin olunmuşdu. Komanda Rusiya I Divizionunda 19 turdan sonra 19 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, Aleksey Baqa 2021-2022-ci illərdə "Sumqayıt"ın baş məşqçisi olub.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- Adil Şükürov: "Kəpəz" elə-belə komanda deyil, tarixi klubdur"
- Ronaldonun “Əl-Nəsr”də debüt oyunu açıqlandı
- “Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
- Şahmat üzrə dünya kubokunun qalibi bəlli olub
0
0