Super Liqa: “Kasımpaşa”dan möhtəşəm geridönüş
27.01.2025 - 23:08
Super Liqa: “Kasımpaşa”dan möhtəşəm geridönüş

Bu gün Türkiyə Super Liqasının XXI turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son matçında “Kasımpaşa” doğma meydanda “Hatayspor”u qonaq edib.

Ev sahibləri 0:2 hesabı ilə ilk hissəni məğlub başa vursalar da, möhtəşəm geridönüşə imza atmağı bacarıblarıblar.

9 qolun vurulduğu matçda “Kasımpaşa” rəqibi qarşısında 5:4 hesablı qələbəyə seviniblər.

Türkiyə Super Liqası
XXI tur

21:00. “Kasımpaşa” – “Hatayspor” – 5:4