Super Liqa klubunda ayrılıq - RƏSMİ
06.01.2026 - 21:56
Super Liqa klubunda ayrılıq - RƏSMİ

Türkiyə Super Liqası təmsilçisi “Eyüpspor”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Mame Tiam komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 33 yaşlı hücumçu ilə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Seneqal millisinin üzvü olan Tiam karyerası ərzində “Yuventus”, “Zulte Vareqem”, PAOK, “Empoli”, “Kasımpaşa”, “Fənərbaxça” və “Kayserispor” kimi klubların formasını geyinib.