Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib
29.05.2025 - 21:23
Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyə Super Liqasına yüksələn "Kocaelispor"un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, növbəti mövsümdə komandaya Selçuk İnan rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, mütəxəssisin son iş yeri "Qaziantepspor" olub. O, komandanı Super Liqada saxladıqdan sonra mayın əvvəlində istefa verib.

Qeyd edək ki, Türkiyə I Liqasının qalibi olan "Kocaelispor" baş məşqçi İsmet Taşdemirlə yollarını ayırıb.