Super Liqada üç oyun təxirə salınıb
14.08.2025 - 21:06
Super Liqada üç oyun təxirə salınıb

Türkiyə Super Liqasının III turunda keçirilməsi planlaşdırılan üç qarşılaşma təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.

Açıqlamada bildirilir ki, bu mövsüm UEFA turnirlərində Türkiyəni təmsil edən klublarla aparılan müzakirələr və onların müraciətləri nəzərə alınaraq, Çempionlar Liqası və Konfrans Liqasının III təsnifat mərhələsindəki matçlara hazırlıq məqsədilə aşağıdakı oyunlar daha sonraya ertələnib:

"Konyaspor" – "Beşiktaş"

"Rizəspor" – "Başakşəhər"

"Samsunspor" – "Kasımpaşa"

Qeyd edək ki, təxirə salınan qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə elan olunacaq.