Super Liqada yeni mövsümün başlanma vaxtı bəlli olub
14.05.2024 - 17:54
![Super Liqada yeni mövsümün başlanma vaxtı bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/may/14/big/66436d14a4c5966436d14a4c5a171569486866436d14a4c5766436d14a4c58.jpg)
Türkiyə Super Liqasında yeni mövsümün başlanma tarixi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Super Liqada yeni mövsüm 2024-cü il avqustun 9-da başlayacaq və 2025-ci il iyunun 1-də başa çatacaq. Super Liqada yeni mövsümün ilk yarısı 20, 21, 22, 23 dekabr 2024-cü il tarixlərində keçiriləcək matçlardan sonra yekunlaşacaq.
Super Liqada 2024/25 mövsümünün ikinci yarısı 3, 4, 5, 6 yanvar 2025-ci il tarixlərində keçiriləcək qarşılaşmalarla başlayacaq.
0
0