"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın müdafiəçisi Eder Militao haqda danışıb.
Apasport.az xəbər verir ki, italyalı mütəxəssis futbolçunun son durumu haqda məlumat verib:
"O, özünü çox yaxşı hiss edir. Əlbəttə, tam 90 dəqiqə oynaya bilməyəcək, amma məncə, o, oyunun çox hissəsində meydanda ola bilər”.
Xatırladaq ki, braziliyalı oyunçu mövsümün əvvəlində çarpaz bağını qoparıb və yalnız son turda “Atletik”lə matçda (2:0) 1 dəqiqə meydanda olub.
Sabah, aprelin 13-də “Real” səfərdə “Malyorka” ilə qarşılaşacaq. La Liqanın 31-ci turunun görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
- AL: “Beşiktaş” pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB
- “Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar
- Martinez Premyer Liqada avtoqol rekorduna sahibdir
- Şenol Güneşdən motivasiya sözləri - “Sadəcə 90 dəqiqə var”
- İstefa verdi, sonra geri döndü - Emre Belözoğlu yenidən "Antalyaspor"da